main-post-cover

    Telegram-ın yeni versiyasına səsli çatlar əlavə edilib: Bu çatlar nədir və necə çalışırlar?

    Sosial Media
    24.12.2020
    Emil Nəcəfov
        Telegram tərtibatçıları messencerin yeni verisyasını təqdim ediblər. Yeni versiyada ayrıca səsli çatların istifadəyə verilməsi funksiyası reallaşdırılıb. Bu üsul ilə Telegram audio formantında keçirilən yeni növ konfransları təqdim edib. Bundan əlavə olaraq messencer bir sıra digər yeni funksiyaları da əldə edib. Bu barədə 4pda saytı xəbər verib. İstənilən çatda adi yazışma üsulu ilə yanaşı istifadəçilər həmçinin səsli çat formatını işə sala bilərlər. Bu halda adi audiozənglərdən fərqli olaraq istifadəçilər səsli çatın keçirilməsi üçün öncədən zaman təyin etməməlidirlər. Belə ki, səsli çat onlar üçün həmişə aktiv şəkildə olacaq.
        İstifadəçi istənilən an görə biləcək ki, çatda hansı şəxslər səsli çat vasitəsilə ünsiyyət qururlar. Əgər istifadəçiyə maraqlı olarsa o, səsli çata qoşula bilər. Bu sanki qonşu otaqda söhbət edən şəxslərin danışıqlarına qulaq asmağa bənzəyir. Səsli çata qoşulandan sonra da istifadəçi messencerdən standart şəkildə istifadə edə biləcək. Bu halda o, istənilən digər çatdakı mesajları oxuya və onlara cavab yaza bilər. Hətta digər çatda olan zaman mikrofon darəetməsi düyməsi istifadəçinin əlinin altında olacaq. Bu üsul ilə istifadəçi hansısa adi çatdan fikrini ayırmadan səsli çatda fikrini səsləndirə biləcək.
    Telegram
        Android istifadəçiləri üçün həmçinin xüsusi rejim də mövcuddur. Əgər Telegram tətbiqi bağlanıbsa və hansısa digər tətbiqdən sitifadə edilirsə, bu rejim sayəsində mikrofon idarəetməsi yenə də istifadəçinin əlinin altında olacaq və o, real zaman ərzində səsli çatda kimin ünsiyyət qurduğunu görə və özü də cavab göndərə biləcək. Messencerin Windows macOS versiyalarında bu cür çatlara istənilən an yeni istifadəçiləri daxil və mikrofonu idarə etmək olar. Bundan əlavə olaraq Telegram-ın yeni versiyasında istifadəçilər multimedia fayllarının saxlanması yeri kimi SD kartı seçə bilərlər. Həmçinin fotoların təkrar göndərilməsinə ehtiyac qalmadan onların redaktə olunması funksyası və yeni emojilər də messencerə əlavə edilib.
    Linki kopyala