main-post-cover

    Telegram-ın yaradıcısı Pavel Durov, FBI xüsusi xidmət orqanının iç üzünü açdı

    Sosial Media
    05.09.2017
    Farid Pardashunas

    Məşhur Telegram messencerinin yaradıcısı Pavel Durov, FBI casuslarının, onu necə öz tərəflərinə çəkmək istədikləri haqqında danışıb.

    Onun sözlərinə görə FBI onunla hələ 2014-cü ildə maraqlanmışdı. Həmin ildə Pavel, özünün Vkontakte sosial şəbəkəsində olan hissələrini satmışdı. FBI casusları ilə ilk görüş isə ABŞ sərhədində baş tutmuşdu. Casuslar onun, sosial şəbəkə üzərindəki işi və Rusiya hökümətinin istifadəçilər haqqında məlumatları tələb etməsi haqqında maraqlanırdılar. Telegram-ın istifadəyə verilməsindən sonra 2 FBI casusu öncədən xəbər vermədən, Pavel-in, Airbnb vasitəsilə icarəyə götürdüyü evə gəlmişdi. Bununla belə əslində bu sayt vasitəsilə reallaşdırılmış ev icarəsi müqaviləsi haqqında məlumatları yalnız icarədar ilə icarəyə götürən bilirlər. Casuslar ona, məhkəmə hakimi tərəfindən imzalanmış hansısa sənədi təqdim edərək müəyyən istifadəçilər haqqında məlumatların ötürülməsi üçün xüsusi kanalın bərpa olunması barəsində təklif etmişdilər. Bundan əlavə o bildirib ki, FBI casusları, Telegram-da çalışan əməkdaşlardan birinə bir neçə min dollar pul da təklif etməyə cəhd göstəriblər. “Bizim tərtibatçılarımız onsuzda milyonerdilər. Biz onlara yaxşı maaş veririk və onları bu cür təkliflərlə almaq olmaz” – deyə Pavel bildirmişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər