Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Sosial Media
09.11.2021 PAYLAŞIM

    Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində məlumat verib. Məlumatlar arasında həmçinin messencerdəki reklam elanlarının deaktiv edilməsi üçün istifadəçilərə və kanalların sahiblərinə hansı imkanların təqdim olunacağı da qeyd edilib. Pavel Durov-un sözlərinə əsasən artıq bu ay Telegram-da xüsusi ödənişli abunəlik sistemi işə düşə bilər. Onun sayəsində istifadəçilər həm messencerə dəstək ola həm də bütün kanallarda reklam elanlarının göstərilməsi özəlliyindən azad ola bilərlər. Ödənişli abunəliyin hansı qiymətə başa gələcəyi və ona qoşulma şərtləri barəsində məlumatlar daha sonra veriləcək.

    Məlumatda qeyd edilib ki, eyni imkan həmçinin kanalların sahiblərinə də təqdim ediləcək. Lakin kanalların sahibləri üçün bu imkan daha fərqli şəkildə reallaşdırılacaq. “Bəzi müəlliflər də öz kanllarındakı istifadəçiləri üçün reklam elanlarının göstərilməsini deaktiv etmək istəyərdilər. Biz hal hazırda bu imkanın iqtisadi şərtlərini analiz edirik” - deyə Pavel Durov qeyd edib. Durov onu da qeyd edib ki, reklam elanları fərdi çatlarda və ya qruplarda əks olunmayacaqlar. Onlar yalnız böyük istifadəçi kütləsinə sahib kanallarda əks olunacaqlar. Belə ki, bu cür kanalların dəstəklənməsi Telegram-ın əsas xərclərindən biridir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da ödənişli abunəlik funksiyası istifadəyə verilib

Instagram-da ödənişli abunəlik funksiyası istifadəyə verilib.


'Baby Shark' uşaq mahnısının videosu Youtube-da 10 milyard baxış sayını yığmış i..

Məşhur Youtube videoservisinin mövcud olduğu 17 il ərzində ilk dəfə olaraq bu platformada yerləşdiri..


Instagram-da paylaşımların sıralanmasını dəyişmək imkanını verəcək funksiya hazı..

Son bir neçə il ərzində TikTok reytinqlərdə birinci yeri tutsa da Instagram hələ də məşhur sosial şə..


Whatsapp-da istifadəyə veriləcək yeniliklər barəsində məlumatlar təqdim edilib..

WABetaInfo saytı Whatsapp-ın mobil versiyası üçün hazırlanan yeniliklər barəsində məlumat verib...


Analitiklər 2022-ci ildə hansı sosial şəbəkələrin lider olacaqlarını proqnozlaşd..

Insider Intelligence adlı analitik şirkət sosial şəbəkələrin qeyri-adi məşhurluq reytinqlərini tərti..


Instagram 1 dəqiqəlik Stories-lərin testinə start verib

Instagram daha uzun xronometraja sahib Stories-lərin testinə start verib.

×