Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib
Sosial Media
20.09.2021
Farid Pardashunas
Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər. Telegram-ın yeni versiyası özündə vizual effektlər və identifikasiya sistemi ilə bağlı faydalı funksiyaları birləşdirir. Beləliklə Telegram 8.0.1 versiyasında istifadəçilər çatlar üçün müxtəlif temaları seçə bilərlər. Lazımi fonu yüklədikdən sonra istifadəçi həmçinin mesajların əks olunduqları blokların rənglərini də təyin edə biləcək. Ümumilikdə 8 ədəd tema təqdim olunub və hər birinin gündüz və gecə versiyaları mövcuddur. Daha bir yenilik isə bütün ekrana əks olunan animasiyalı emojilərdir.
Tərtibatçılar bu funksiyaya həmçinin sinxronlaşmanı da əlavə ediblər. Açıq çat halında istifadəçi bu və ya digər animasiyalı emojini göndərən an həmin emojinin animasiyasını görə biləcək. Bununla yanaşı həmin anda istifadəçinin smartfonu vibrasiyanı işə salacaq. Qeyd edilmiş bu özəlliklər hələ ki, özəl çatlarda aktivləşdirilib. Lakin buna baxmayaraq Telegram-dakı qruplara da yenilik gəlib. Belə ki, bundan sonra qrup adminləri 7 gün ərzində qrup üzvlərindən kimlərin bu və ya digər mesajı oxuduqlarını izləyə biləcəklər.
Adminlər üçün təqdim edilmiş daha bir yenilik aparılmış canlı yayımın yazılmasıdır. Bu üsul ilə onlar canlı yayımı qaçırtmış qrup üzvləri ilə canlı yayımın yazısını bölüşə biləcəklər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Telegram-ın problemsiz çalışması üçün vacib bir addım atılıb. Belə ki, messencer 32 bit-lik identifikasiya sistemindən 64 bit-lik identifikasiya sisteminə keçid edib. Telegram-ın yeni versiyası artıq iOS və Android-də aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)