main-post-cover

    Telegram-a istifadəçilərin çoxdandır gözlədikləri yeni funksiya əlavə edilib

    Sosial Media
    30.09.2020
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə Telegram-a bir çoxları tərəfindən gözlənilən videozəng funksiyası əlavə edilmişdi. İndi isə məlum olub ki, sözügedən messencerə istifadəçilərin çoxdandır istədikləri daha bir funksiya əlavə olunub. Belə ki, Telegram-ın test versiyasında kanallardakı paylaşımlara şərh bildirmək mümkündür. Bu barədə 4pda saytı xəbər verib. İndiyənə kimi Telegram-dakı kanalların abunəçiləri kanallarda təqdim edilən paylaşımlara sadəcə baxa bilirdilər.
        Bu halda onlar həmin paylaşımlara heç bir reaksiya verə bilmirdilər. Lakin Android üçün Telegram 7.1.0macOS üçün Telegram 7.0.1 versiyalarında bu cür imkan yaradılıb. Bundan sonra Telegram-dakı kanalların adminləri paylaşılan postlara istifadəçilər tərəfindən şərhlərin əlavə edilməsi funksiyasını aktivləşdirə biləcəklər. Qeyd etmək lazımdır ki, bu funksiya yalnız ictimai çata sahib Telegram kanallarında tətbiq oluna bilər.
        Bu cür kanalların hər bir paylaşımlarına istifadəçilər öz şərhlərini yaza bilərlər. Yazılmış şərhlər ictimai çatda əks olunurlar və bu halda kanalların müəllifləri həmin çatlarda iştirak etmirlər. Əgər çatda mesajların və media faylların göndərilməsi qadağan edilibsə deməli bu qadağa həmçinin şərhləri də əhatə edir. Yaxın zamanda bu yeni funksiya Telegram-ın olduğu digər platformalarda və stabil Telegram versiyasında istifadəyə verilməlidir.
    Linki kopyala