main-post-cover

    Telegram-a çoxdandır gözlənilən görüntülü zəng funksiyası gəldi

    Sosial Media
    15.08.2020
    Nijat Hamid
            2013-cü ildə istifadə verilən Telegram mesaj servisinin bu il 7 yaşı var artıq. Digər mesajlaşma servislərinə görə daha çox funksiyaları olan Telegram çox önəmli bir funksiyadan məhrum idi: Görüntülü Zəng. Platformda çatışmayan tək önəmli funksiya olan görüntülü zəng artıq Telegram-in yeni versiyasında istifadəyə verildi. Lakin qeyd edək ki, hələ Alpha versiyadır və bu səbəbdən çox da stabil işləməyə bilər. 

    Telegram-a yeni versiya ilə bir çox yenilik gəldi.

            İstifadəçilərinin rahatlığını düşünən Telegram servisi video zəng zamanı PiP (şəkil içində şəkil) funksiyasının da istifadə edilməsini reallaşdırdı. Yəni video zəng zamanı smartfonun ekranında kiçik pəncərə açılacaq və qarşı tərəfin görüntüsü orada göstəriləcək. Beləliklə siz Telegram-dan çıxaraq Facebook-a girə və ya Youtube-da video izləyə biləcəksiniz. Qeyd edək ki, yeni funksiyanın təhlükəsizliyi təmin etmək üçün ucdan-uca şifrələmə texnologiyası istifadə edilir. Beləki istifadəçilər görüntülü zəng etmək üçün ekrana çıxan smaylikləri təsdiq etməlidirlər. Əgər hər iki tərəf təsdiq edərsə bu zaman görüntülü zəng funksiyası istifadə edilə bilir. 
            Bu yenilənmə ilə Telegram-a bir çox hərəkətli stikerlər də əlavə olunub. Telegram rəsmilərinin verdikləri məlumata görə növbəti yenilənmələrdə servisə bir çox yeni funksiya əlavə ediləcək və hal-hazırki funksiyalar da təkmilləşdiriləcək. Həmçinin yaxın zamanda Telegram-a qrup şəklində görüntülü zənglərin edilməsini mümkünləşdirən yeni funksiyanın da əlavə ediləcəyindən bəhs edildi. 
    Linki kopyala