main-post-cover

    SoundCloud servisi 75 milyon dollar investisiya əldə etdi

    Sosial Media
    12.02.2020
    Farid Pardashunas
        Məşhur musiqi servisi olan SoundCloud ABŞ-ın SiriusXM adlı radioşirkətindən 75 milyon dollar investisiya əldə etdi. Bu barədə Vc.ru saytı xəbər verib. 2018-ci ildən başlayaraq Pandora adlı streaming servisi məhz SiriusXM şirkətinə məxsusdur. SoundCloud servisi əldə edilmiş investisiyanı yeni məhsulların və xidmətlərin hazırlanmasına xərcləməyi planlaşdırır.
        Buna qarşılıq olaraq SiriusXM şirkəti SoundCloud-un minoritar payını və direktorlar şurasında 2 yerini əldə edəcək. Müqavilənin digər şərtləri və SoundCloud-un bazar dəyərləndirilməsi barəsində məlumat verilməyib. 2007-ci ildə yaradılmış SoundCloud servisi musiqiçilərə öz bəstələrini yaymaq imkanını verir. Crunchbase saytındakı məlumata əsasən servis sonuncu dəfə 2017-ci ildə investisiya əldə etmişdi. Həmin vaxtda investisiyanın miqdarı 169.5 milyon dollar təşkil etmişdi. Həmin investisiya nəticəsində isə servisin bazar dəyəri 500 milyon dollara yüksəlmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər