main-post-cover

    Sağlamlıq üçün faydalı 6 yerli tətbiq

    Sosial Media
    10.12.2019
    Emil Nəcəfov
        İSİM tərəfindən yeni mobil əlavə hazırlandı
        “Sağlam qida” mobil əlavəsini yükləyin, qəbul edilən kalori miqdarına nəzarət edin!
        Gün ərzində sağlam qidalandığınızı və gündə neçə kalori qəbul etdiyinizi bilmək istəyirsiniz? Onda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan bu mobil əlavə əsl sizin üçündür.
        “Sağlam qida” mobil əlavəsi düzgün qida rasionunu tərtib etməyə, qəbul edilən kalori miqdarını hesablamağa kömək edəcəkdir. Təlimat OFFLINE rejimində işləyir və işləmək üçün internet bağlantısı tələb olunmur.
        Mobil əlavə 5 əsas hissədən ibarətdir:
        1) Kalori kalkulyatoru
        2) Bədən kütləsi kalkulyatoru
        3) Qida dəyəri kalkulyatoru
        4) Gündəlik kalorinin kalkulyatoru
        5) Sağlam qida ilə baglı məqalələr
        Mobil əlavə Azərbaycan dilindədir.
        Android - LINK
        iOS - LINK
        Video - LINK

        "Tütündən imtina et" mobil əlavəsinin köməyi ilə tütünçəkmənin zərərləri barədə öyrənmək və siqareti tərgitmək üçün faydalı məlumatlar əldə etmək olar.
        Əlavəni ilk dəfə işə saldıqda gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti, həmçinin tütünçəkmədən imtina edilən tarix daxil edilir. Bundan sonra, proqram sizin tütünçəkmədən imtina müddətinizi, çəkmədiyiniz siqaretlərin sayını, qənaət etdiyiniz vaxtı və pulu göstərəcək.
        “Tütündən imtina et” mobil əlavəsi 2018-ci ildə, ölkənin mövcud tütünlə mübarizə qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə yaradılıb.
        Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
        Android - LINK
        iOS - LINK
        Video - LINK

         "Ürəyinizi qoruyun" mobil əlavəsinin köməyi ilə ürəyinizin sağlamlığını daim nəzarətdə saxlaya, ürək-damar xəstəliklərinin əsas risk faktorları, streslə mübarizə metodları və digər faydalı materiallarla tanış ola bilərsiniz.
        Əlavədə  “Dərmanların vaxtında qəbulu üçün yaddaş”, “Qan təzyiqi və nəbzin ölçülməsi” bölmələri həkiminizin təyin etdiyi dərmanların vaxtında qəbulunu sizə xatırladacaq. Siz  sağlamlığınızla bağlı vacib göstəriciləri (arterial təzyiq və nəbz) dərhal qeyd edərək gün və ya həftə ərzində toplayıb mobil cihaz vasitəsilə həkiminizin elektron ünvanına cədvəl şəklində göndərə bilərsiniz.
        “Ürəyinizi qoruyun” mobil əlavəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.
        Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
        Android - LINK
        iOS - LINK
        Video - LINK 

        "Şəkərli diabet" mobil əlavəsinin yaradılmasında əsas məqsəd şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və qanda şəkərin səviyyəsinin nəzarətdə saxlanılmasına  dair əhalinin maarifləndirilməsidir.
        Mobil əlavədə dərmanların vaxtında qəbulu üçün yaddaş bölməsi, çörək vahidləri kalkulyatoru, həmçinin şəkərli diabet ilə bağlı faydalı məlumatlar (diabetin növləri, riskləri, ağırlaşmaları, insulindən istifadə və s.) təqdim olunur.
        Proqramdan həm şəkərli diabet xəstələri, həm də qida rasionuna və karbohidrat metabolizminə diqqət yetirən şəxslər istifadə edə bilərlər.
        “Şəkərli diabet” mobil əlavəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.
        Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
        Android - LINK
        iOS - LINK
        Video - LINK

        "No smoke selfie" mobil əlavəsi tütünlə mübarizənin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılıb.
        Mobil əlavənin “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı selfi generatorundan istifadə etməklə selfi fotoşəkillərinizi #mensiqaretcekmirem haştaqı ilə üzv olduğunuz sosial şəbəkələrdə paylaşa bilərsiniz.
        Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
        Android - LINK

        "Saglamlıq" mobil əlavəsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən  www.saglamliq.isim.az   internet portalına əsaslanaraq yaradılıb. 
        Mobil əlavədə “Mənim Sağlamlığım” və “Mənim Reproduktiv Sağlamlığım” bölmələri mövcuddur. Bu bölmələr vasitəsilə ümumi, o cümlədən reproduktiv sağlamlıq durumunuzu qiymətləndirməklə sağlamlığınız üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məsləhətlər, faydalı məlumatlar əldə edə bilərsiniz.
        Mobil əlavəni yükləmək və daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz.
        Android - LINK
    Linki kopyala