main-post-cover

    Qlobal taxi tətbiqlərinin Instagram səhifəsində yerli taxi xidməti?

    25.07.2019
    Farid Pardashunas
        Bugün səhər saatlarında sosial mediada yayımlanan ekran görüntüləri görənləri təəccübləndirib. UberBolt kimi qlobal tətbiq əsaslı xidmətlərin rəsmi Instagram səhifələrində yerli tətbiq Enar Taxi ilə bağlı paylaşımlar yer alıb. Əvvəlcə foto montaj olduğu düşünülsə də sonrada Instagram səhifələrinə nəzər yetirildikdə görüntülərin real olduğu ortaya çıxıb. 
        Qəribə və real görünsə də bu əslində yerli taxi xidməti Enar tərəfindən atılmış bir addım ola bilər. Məsələni araşdırandan sonra məlum olub ki, müəyyən şəxslər həmin səhifələri paylaşdığı şəkillərdə "tag" edərək, səhifələrin "tag" olunma bölməsində 6 paylaşımdan ibarət böyük bir poster yerləşdirib. "Enar Taxi sizi çox sevir" şüarı ilə paylaşılan şəkillər hələ də servislərin Instagram hesablarında "tag" bölməsində qalmaqdadır.
        Qeyd edək ki, Enar Taxi xidməti yerli əsaslı və bazara yeni daxil olmuş taxi xidmətidir. Bu haqda detallı məlumatı Fərid Pərdəşünasın dəyərləndirməsində YouTube kanalımızdan izləyə bilərsiniz. Tətbiqi test etmək üçün linklər:
    Android üçün: Enar Taxi
    iOS üçün: Enar Taxi
    Linki kopyala