Pavel Durov Telegram haqqında olan 3 mifi təkzib edib və Facebook-a çox sadə məsləhət verib

Pavel Durov Telegram haqqında olan 3 mifi təkzib edib və Facebook-a çox sadə məsləhət verib

Sosial Media
12.01.2021 PAYLAŞIM

    Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, sosial şəbəkələrdə messencer barəsində dəqiq olmayan məlumatlar yayan botlar aşkar edilib. Bu səbəbdən də o, Telegram haqqında olan 3 mifi təkzib edib. Bu barədə Rusbase saytı xəbər verib. Pavel Durov bildirib ki, Telegram barəsində ən çox yayılan yalan məlumatlar sırasında messencerin guya açıq mənbəli koda sahib olmaması, onun Rusiya məhsulu olması və messencerdə şifrələnmə sisteminin olmaması var. Durov qeyd edib ki, Telegram 2013-cü ildən açıq mənbəli koda sahibdir.

    O həmçinin bildirib ki, Telegram-ın istifadəyə verildiyi gündən bütün çatlar şifrələnmiş şəkildə olublar. Onun sözlərinə əsasən Telegram-ın Rusiyada ofisi və ya serverləri mövcud deyil və o, 2018-ci ildən 2020-ci ilə kimi Rusiyada bloklanmış vəziyyətdə olub. Bununla yanaşı o digər məşhur messencerin son dəyişikliklərini sərt tənqid edib. Söhbət, Whatsapp-dan gedir. Onun fikrincə Facebook-a məxsus olan bu messencer öz istifadəçilərinin təhlükəsizliklərini təmin etmək niyyətində deyil.


    Durov düşünür ki, Whatsapp konfidensiallığın keyfiyyəti və səviyyəsi məsələsində Telegram ilə rəqabət apara bilmədiyi üçün gizli marketinq strategiyasına keçid edib. Bütün bunlardan əlavə olaraq o bildirib ki, Facebook-da Telegram-ın nəyə görə belə məşhur olduğunu anlamağa çalışan xüsusi şöbə fəaliyyət göstərir. O, həmin şöbəyə külli miqdarda vəsait xərcləyir. Lakin Durov buna ehtiyacın olmadığını qeyd edərək Facebook-a çox sadə pulsuz məsləhət verib.

“Mən öz sirrimizi pulsuz təqdim etdiyimə görə xoşbəxtəm. Sadəcə olaraq öz istifadəçilərinizə hörmət edin” - deyə Durov qeyd edib.

    Milyonlarla insan Whatsapp-ın konfidensiallıq siyasətindəki son dəyişikliklərdən narazıdır. Həmin dəyişikliklərə əsasən istifadəçilər öz məlumatlarını məcburi şəkildə Facebook ilə bölüşməlidirlər. Buna görə də heç təəccüblü deyil ki, son  illərdə narazı istifadəçilərin Whatsapp-dan Telegram-a keçid etmələri prosesi sürətlənib. Durov bildirib ki, təkcə 2019-cu ildə Facebook şirkəti marketinqə 10 milyard dollar vəsait xərcləyib. Facebook-dan fərqli olaraq isə Telegram marketinqə vəsait xərcləmir. Durov-un fikrincə insanlar özləri üçün nəyin yaxşı olduğunu seçməkdə ağıllıdırlar və Telegram-dan istifadə edən 500 milyon istifadəçi kütləsi üçün bu inam doğrulub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp yeni konfidensiallıq qaydalarının istifadəyə verilməsini təxirə salıb..

Dünyanın ən məşhur messenceri olan Whatsapp-ın tərtibatçıları bir neçə müddət bundan öncə rəsmi açıq..


Whatsapp yeni konfidensiallıq qaydaları səbəbilə mesajların oxunması ehtimalını ..

Konfidensiallıq siyasətində olmuş dəyişiklikləri qəbul edəndən sonra nə Whatsapp nə də Facebook mess..


Whatsapp öz istifadəçilərini fərdi məlumatları Facebook ilə bölüşməyə məcbur edi..

Facebook 2014-cü ildə Whatsapp-ı almışdı. Keçən ilin yay fəslində isə messencer istifadəçilərə öz mə..


Telegram-ın yeni versiyasına səsli çatlar əlavə edilib: Bu çatlar nədir və necə ..

Telegram tərtibatçıları messencerin yeni verisyasını təqdim ediblər. Yeni versiyada ayrıca səsli çat..


Messencerin monetizasiyası vacibliyi: Telegram-a ödənişli funksiyalar əlavə edil..

Whatsapp və Viber kimi messencerlərdən fərqli olaraq Telegram tərtibatçıları bugünə kimi öz servislə..

×