main-post-cover

    Ölkəmizdə kibersport turnirlərə start verilib

    Sosial Media
    22.12.2019
    Emil Nəcəfov
        Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə “Gaming League Azerbaijan”ın təşkil etdiyi FIFA 20 oyunu üzrə mükafat fondu 1000 AZN olan turnirə start verilib. Seçmə mərhələdə qeydiyyatdan keçən 80 iştirakçı mübarizə aparıb və nəticədə ən güclü 8 nəfər GLA FİFA liqasına vəsiqəni təmin edib. Hər qələbəyə görə 3 xalın qazanılacağı liqada, bütün komandalar bir-birləri ilə 1 dəfə qarşılaşacaq. Görüşlər dekabrın 22-də başlayacaq. Eyni zamanda GLA-in Counter-Strike GO oyunu üzrə də mükafat fondu 2000 AZN olan turniri davam edir. 16 komandanın iştirakı ilə keçirilən liqa 6 həftə ərzində davam edəcək. 
    Linki kopyala