main-post-cover

    Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

    Sosial Media
    16.07.2021
    Emil Nəcəfov
        Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır. Yeni funksiya istifadəçilərə öz hesablarının oğurlanmasından qorumağa və hesabları oğurlamış hackerlərdən onları geri qaytarmağa yardımçı olacaq. Yaxın zamanda Instagram-a inteqrasiya ediləcək yeni təhlükəsizlik funksiyası Security Checkup adlanır. Onun əsas məqsədi isə hər hansı istifadəçi hesabında şübhəli aktivlik təyin edildikdə bu barədə istifadəçiyə xəbər verməkdir. Bu cür bildirişlər istifadəçilərə bəzi addımları atmaq təklifini verəcəklər. Həmin addımlar vasitəsilə istifadəçilər oğurlanmış hesablarını geri qaytara və hesablarının təhlükəsizliklərini yaxşılaşdıra biləcəklər.
        Məsələn istifadəçi öz hesabına daxil olma tarixçəsini, yaxın zamanda baş vermiş aktivlikləri, hesabın məlumatlarını izləyə və onun bərpa olunması üçün məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı və s.) yeniləyə biləcək. Qeyd etmək lazımdır ki, istifadəçi hesabının bu cür bərpa edilməsi sistemi artıq Facebook-da mövcuddur. Verilmiş məlumata əsasən yeni təhlükəsizlik funksiyası Instagram-da yaxın həftələrdə istifadəyə veriləcək. Instagram təmsilçiləri qeyd ediblər ki, istifadəçilər digər təhlükəsizlik tədbirlərini də görməlidirlər. Söhbət, iki faktorlu autentifikasiya sistemindən, Login Request funksiyasından və istifadəçi hesabının bərpası üçün aktual məlumatların qeyd edilməsindən gedir.
    Linki kopyala