Reklam
Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışmırlar'

Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışmırlar'

Sosial Media
20.09.2022 PAYLAŞIM

    Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-un məsləhət məqsədli alqoritmləri heç də yaxşı şəkildə çalışmırlar. Mütəxəssislərin sözlərinə əsasən dünyanın ən məşhur videoplatformasında olan “Dislike” düyməsi videoplatforma tərəfindən istifadəçiyə hansı kontentin təqdim edilməsinə heç də təsir göstərmir. Mozilla mütəxəssisləri RegretsReporter adlı əlavə vasitəsilə yığılmış məlumatları analiz ediblər. Sözügedən əlavə bu cür tədqiqatlar çərçivəsində istifadəçilərə fərdi məsləhətləri bölüşmək imkanını verir. Mütəxəssislər yekun hesabatın tərtib olunması üçün Youtube tərəfindn məsləhət görülmüş milyonlarla video və adi insanlar tərəfindən bölüşülmüş minlərlə rəy barəsində məlumatlardan istifadə ediblər. Youtube-un məsləhət səhifəsinin tərtib olunmasında iştirak edən alqoritmlərin effektivliklərini qiymətləndirmək üçün Mozilla şirkətinin mütəxəssisləri videoplatformanın 4 müxtəlif idarəetmə düyməsinin çalışma məntiqini yoxlayıblar.

Söhbət, “Dislike”, “Not interested”, “Don’t recommend channel” və “Remove from watch history” düymələrindən gedir.

    Məlum olub ki, bu düymələr istifadəçiyə maraqlı ola biləcək video kontentlərin təqdim olunmasından cavabdeh olan Youtube alqoritmlərinin çalışma proseslərinə minimal və düzgün olmayan şəkildə təsir göstərirlər. Videoplatformanın ana səhifəsində arzuolunmaz kontentlərin ortaya çıxması hallarını minimuma endirmək üçün ən effektiv üsul konkret kanaldan olan videoların məsləhət görülməsindən imtina funksiyası olub. Bu funksiya öz növbəsində ana səhifədə lazımsız videoların ortaya çıxma hallarını 43% aşağı salıb. Ən aşağı effektivliyə sahib düymə isə “Not interested” düyməsi olub. Belə ki, o, arzuolunmaz kontentlərin sərgilənməsi ehtimalını yalnız 11% aşağı salıb. “Dislike” düyməsinin bu məsələdə göstəricisi 12%, “Remove from watch history” düyməsinin göstəricisi isə 29% təşkil edib.


Mozilla mütəxəssislərin tərtib etmiş olduqları hesabatda qeyd edilib ki, istifadəçilər öz ana səhifələrində arzuolunmaz kontentlərin ortaya çıxmalarının qarşısını almaq üçün müxtəlif üsullara əl atırlar.

    Onların arasında videoplatformya istifadəçi hesabına daxil olmadan keçid etmək və VPN servislərdən istifadə etmək var. “Digər platformalar kimi Youtube da sizin üstünlük verdiyiniz seçimlər barəsində nəticə çıxartmaq üçün passiv məlumatlar yığımı prinsipindən istifadə edir. Bu bir qədər sizin digərlərinin adından seçim etməyinizə bənzəyir. Siz insanların platformada nə ilə məşğul olduqlarını izləmək əvəzinə onlardan platformada nə etmək istədiklərini soruşa bilərsiniz” - deyə hesabatda qeyd edilib. Mozilla mütəxəssislərinin fikirlərinə əsasən Youtube öz istifadəçilərinə videoplatformanın bu və ya digər ideraetmə elementlərinin necə çalışdıqları barəsində daha ətraflı məlumat verməli və istifadəçilərin öz ana səhifələrində nələri görmək istədikləri üzrə onlara daha geniş imkanlar təqdim etməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram Explorer bölməsində və istifadəçilərin hesablarında reklam elanları sə..

Verilmiş məlumata əsasən yaxın zamanda istifadəçilər Instagram ilə qarşılıqlı əlaqədə olan zaman dah..


Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üç..

Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə ola..


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Youtube interfeysində bəzi dəyişikliklər olacaq

Youtube öz yenilənmiş interfeysini tədricən istifadəyə verməyə başlayb.

×