main-post-cover

    Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?

    Sosial Media
    26.05.2020
    Emil Nəcəfov
        Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir. Daha əvvəllər bu servis yalnız videolar üçün nəzərdə tutulurdu. Lakin indi istifadəçilər öz Youtube kanallarında mətnli mesajlar və fotolar paylaşa bilirlər. İndi isə Youtube servisinin mobil tətbiqinə Google axtarış sorğuları əlavə edilib. Bu barədə XDA-Developers saytı xəbər verib
        Reddit istifadəçiləri məlumat veriblər ki, Youtube servisinin Android üçün nəzərdə tutulmuş tətbiqində bu və ya digər kontenti axtaran zaman axtarış nəticəsi kimi videolardan əlavə axtarış sorğusuna aid müxtəlif materialların internet linkləri də təqdim olunur. Əgər ki, istifadəçi lazımi videokontenti tapa bilməyibsə, o, bir düyməyə klik edərək onu maraqlandıran mövzu üzrə Google-da axtarış apara bilər. Hal hazırda bu yeni funksiya bəzi istifadəçilər üçün aktivdir. Bu isə o deməkdir ki, Google şirkəti Youtube üçün olan bu yeni funksiyanı kiçik istifadəçi kütləsi üzərində test edir.
    Linki kopyala