main-post-cover

    Millenialların fikrincə dünyanın 10 qlobal problemi

    Sosial Media
    30.08.2017
    Farid Pardashunas

    Global Shapers Survey 2017 adlı Ümumdünya İqtisadi Forumun sorğusunda iştirak etmiş millenialların (1981-ci ildən sonra anadan olmuş nəsil) fikrincə iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir.

    Sorğuda iştirak etmiş insanların demək olar ki, yarısı (48.8%) düşünür ki, iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir. 78.1% insan isə qeyd edib ki, onlar, ətraf mühitin qorunması naminə həyat tərzlərini dəyişdirmək istəyirlər. Sorğuda iştirak etmiş insanlar, iqlim dəyişikliyi səbəbi ilə bağlı bir açıqlama verməsələr də, onların 91%-i, insanların bu iqlim dəyişikliyinə səbəb olduqlarını bildirib. Bu cür nəticələr, Ümumdünya İqtisadi Forum tərəfindən hər il keçirilən sorğu nəticəsində məlum olub. Sorğu isə 186 ölkədə 18-35 yaş arası 31.000-dən çox insan ətrafında aparılıb. Sözügedən 10 ciddi qlobal problemi sizlərə təqdim edirik.
    1. İqlim dəyişikliyi (48.8%)
    2. Silahlı münaqişələr (38.9%)
    3. İqtisadi bərabərsizlik, diskriminasiya (90.8%)
    4. Kasıblıq (29.2%)
    5. Dini münaqişələr (23.9%)
    6. Hökumətin cəmiyyət qarşısında cavab verməsi, rüşvət (22.7%)
    7. Yeyinti məhsullarının və suyun təhlükəsizliyi (18.2%)
    8. Təhsilin olmaması (15.9%)
    9. Şəxsi təhlükəsizliyə olan təhlükələr (14.1%)
    10. İqtisadi imkanların olmaması və işsizlik (12.1%)
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər