Microsoft şirkəti 2021-ci ilin iyul ayına kimi olacaq bütün tədbirlərini online formatda keçirdəcək
Sosial Media
07.04.2020
Farid Pardashunas
Görünür. Microsoft şirkəti koronavirus səbəbilə yaranmış qlobal karantinin yaxın müddətdə sona çatacağına ümid etmir. Buna görə də şirkət növbəti 1 il müddətinə bütün irimiqyaslı tədbirlərdə iştirakdan imtina edib. Bu barədə Gagadget saytı xəbər verib. Microsoft heç bir istisna olmadan bütün daxili və xarici tədbirləri 2021-ci ilin iyul ayına kimi online formatda keçirtməyə qərar verib. Qeyd etmək lazımdır ki, 19-21 may tarixlərində şirkətin ənənəvi Build tədbiri keçirilməli idi.
Lakin həmin tədbirin online formatda keçirilməsi qərarı qəbul edilib. Beləliklə ləğv edilməyəcəkləri halda belə, Microsoft gələn ilin əvvəlində keçirilməsi planlaşdırılan CES 2021 və MWC 2021 sərgilərində də iştirak etməyəcək. “COVID-19 səbəbilə yaranmış qlobal vəziyyəti Microsoft diqqətlə izləyir və bütöv şirkət miqyasında özəl tədbirlərin keçirilməsi strategiyasını qiymətləndirir. Microsoft bütün daxili və xarici tədbirlərin 2021-ci ilin iyul ayına kimi online formatda keçirilməsi qərarını verib” - deyə şirkət qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)