main-post-cover

    Meta şirkəti mərkəzləşdirilməmiş Twitter analoqunu istifadəyə verə bilər

    Sosial Media
    10.03.2023
    Farid Pardashunas
        Reuters saytının verdiyi məlumata əsasən Meta şirkəti mətn formatında paylaşmlar etməyə imkan verəcək və avtonom şəkildə çalışacaq sosial şəbəkənin hazırlanması ideyasını nəzərdən keçirdir. Bu cür sosial şəbəkə birbaşa Twitter ilə rəqabət apara bilər. “Biz, mətn formatında paylaşımların mübadiləsi imkanını verəcək avtonom sosial şəbəkənin hazırlanması ideyasını analiz edirik. Hesab edirik ki, bloggerlərin və ictimai xadimlərin, özlərinə maraqlı olacaq xəbərləri bölüşə biləcəkləri ayrıca mühitə ehtiyac var” - deyə Meta şirkətinin təmsilçilərindən biri qeyd edib.
        Məlumata əsasən Meta daxilində bu layihə P92 kod adına sahibdir. Mərkəzləşdirilməmiş sosial şəbəkə ActivityPub adlı standart protokolu dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, son zamanlarda Twitter-in alternativi kimi tanınan Mastodon servisi məhz bu protokol vasitəsilə çalışır. Twitter və Facebook-dan fərqli olaraq Mastodon kimi mərkəzləşdirilməmiş platformalar könüllülər tərəfindən idarə edilən minlərlə serverə quraşdırılır. Məlumata əsasən Meta şirkətinin P92 kod adına sahib mərkəzləşdirilməmiş sosial şəbəkəsinin ilk versiyası Instagram çərçivəsində istifadəyə veriləcək və ona daxil olmaq üçün Instagram hesabından istifadə etmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər