Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəyi ideyasından imtina edib

Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəyi ideyasından imtina edib

Sosial Media
14.03.2023 PAYLAŞIM

    Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəklənməsi ideyasından imtina edib. Halbu ki, 1 il bundan öncə şirkət sözügedən platformalarda NFT-lərin dəstəyi üzrə irimiqyaslı planlara sahib olduğunu elan etmişdi. Yarım il bundan öncə isə Facebook və Instagram istifadəçilərinə NFT-lərin dəstəyi test rejimində təqdim edilmişdi. “Hal hazırda biz, kolleksiya üçün nəzərdə tutulmuş rəqəmsal obyektlərin inteqrasiyası ideyasından imtina edirik və bloggerlər, istifadəçilər və biznesin dəstəklənməsi üçün digər üsullara diqqət ayırırıq” - deyə Meta-nın kommersiya və maliyyə texnologiyaları şöbəsinin rəhbəri Stephane Kasriel qeyd edib. Məlumatda qeyd edilib ki, Facebook ilə Instagram-da NFT-lərin dəstəklənməsi üçün ayrılmış resurslar Reels videolarının monetizasiyalarına və şirkətin messencerləri daxilindəki ödənişlərə yönləndiriləcək. Şirkətin öz platformalarında NFT dəstəyindən nəyə görə imtina etdiyi barəsində məlumat verilməyib. Belə ki, hələ bir neçə müddət bundan öncə güman edilirdi ki, bu texnologiya metakainatda əsas rol oynayacaq faktorlardan biri olacaq.




DAHA ÇOX


Whatsapp-ın beta versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası i..

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə etməyə başlayıblar.


Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər ..


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.

×