main-post-cover

    Meta-nın hazırladığı Twitter analoqu barəsində yeni məlumatlar ortaya çıxıb

    Sosial Media
    09.06.2023
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Instagram tərtibatçıları Twitter analoqu üzərində çalışırlar. Meta şirkətinin top menecerlərindən biri şirkət əməkdaşları ilə görüş zamanı onlara hazırlanan Twitter analoqu tətbiqinin ilkin versiyasını sərgiləyib. Məlumatda qeyd edilib ki, şirkət daxilində sözügedən layihə Project 92 kod adına sahibdir. Lakin adi istifadəçilər üçün təqdim olunan zaman tətbiq Threads adını əldə edə bilər.
        Sözügedən yeni tətbiq Instagram əsasında hazırlanır və mərkəzləşdirilməmiş sosial şəbəkələrin sahib olduqları ActivityPub adlı açıq protokola sahib olacaq. Bu isə o deməkdir ki, yeni platformada olacaq istifadəçi hesablarını eyni protokol əsasında çalışan digər sosial platformalara köçürmək mümkün olacaq. Bu cür sosial platformalara misal olaraq Mastodon adlı digər Twitter analoqunu gətirmək olar. Yeni servisdə qeydiyyat Instagram-dakı istifadəçi hesabı vasitəsilə reallaşdırılacaq. Meta-nın bu yeni servisi üzərində işlərə yanvar ayında start verilib. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər