Messenger ilə 1 mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq
Sosial Media
25.03.2020
Nijat Hamid
Facebook, saxta və yalan xəbərlərlə mübarizəni gücləndirmək üçün addımlar atmağa davam edir. Belə ki, şirkət Messenger üçün bəzi yeniliklər üzərində işləyir. WhatsApp-a da uzun müddət əvvəl inteqrasiya edilən eyni mesajı limitli sayıda istifadəçiyə göndərmək artıq Messenger-ə də gətirilir.
Facebook Messenger-də bir mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq. Testlər davam edir.
Şirkət 2018-də WhatsApp üçün də bu qadağanı gətirmişdi. Tərsinə mühəndislik (Reverse Engineering) edən Jane Manchun Wong bildirir ki, hazırda bu funksiya test mərhələsindədir və qısa zaman ərzində istifadəyə veriləcək. Lakin WhatsApp-da olduğu kimi göndərilən mesajların Yönləndirildi (İletildi / Forwarded) olaraq işarələnib işarələnməyəcəyi hələ bəlli deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)