main-post-cover

    Messenger Facebook-un əsas mobil tətbiqinə geri qayıdır

    Sosial Media
    09.03.2023
    Emil Nəcəfov
        Facebook sosial şəbəkəsinin mobil tətbiqi demək olar 9 il bundan öncə mesajlaşma özəlliyindən məhrum edilmişdi. Belə ki, həmin vaxtda Messenger tamamilə müstəqil tətbiqə çevrilmişdi. İndi isə məlum olub ki, mesajlaşma özəlliyi Facebook-un əsas tətbiqinə rəsmi şəkildə geri qayıdacaq. Qeyd etmək lazımdır ki, Messenger Facebook-un əsas tətbiqindən 2014-cü ildə ayrılmışdı. Həmin vaxtda Mark Zuckerberg qeyd etmişdi ki, Messenger-in ayrıca tətbiq kimi istifadəsi öz növbəsində istifadəçilərə daha yaxşı istifadə təcrübəsini qazandırır.
        İndi isə şirkət rəsmi olaraq bildirib ki, Messenger sosial şəbəkənin əsas mobil tətbiqinə geri qayıdacaq.. Əslində bu xəbər heç də sürpriz bir xəbər olmadı. Belə ki, Messenger-in Facebook tətbiqinə geri inteqrasiya edilməsi barəsində məlumatlar hələ keçən il ortaya çıxmışdı. Facebook-da reallaşdırılan bu dəyişikliklər Meta şirkətinin TikTok ilə rəqabət aparmasına istiqamətlənib. Belə ki, TikTok öz istifadəçilərinə sadə mesajlaşma mexanizmini təqdim edir. Messenger-in Facebook tətbiqinə nə zaman geri qayıdacağı barəsində dəqiq bir məlumat verilməyib.
    Linki kopyala