main-post-cover

    Məşhur şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər: Səbəb nədir?

    Sosial Media
    27.06.2020
    Farid Pardashunas
        Rakuten Viber şirkəti Facebook ilə olan əməkdaşlığını tamamilə dayandırdığını elan edib. ABŞ-da olan etirazların fonunda 6 sosial təşkilat şirkətləri Facebook-da reklamların yerləşdirilməsinin dayandırılmasına çağırıb. Onların fikirlərinə əsasən Facebook öz stifadəçilərini rasizm ilə bağlı şüarların yayılmasından qorumaq qabiliyyətinə sahib deyil. Viber düşünür ki, bu məsələ Cambridge Analytica da daxil olmaqla istifadəçi məlumatlarının sızdırılması ilə bağlı çoxlu sayda olmuş hadisələrdən sonra sonuncu səbr damcısı idi. Buna görə də Viber messenceri #StopHateForProfit hərəkatını dəstəkləyir və Facebook ilə əməkdaşlığını tamamilə dayandırır.
        Bu səbəbdən Rakuten Viber şirkəti öz platformasından Facebook Connect, Facebook SDKGIPHY əlavələrini pozur. Bununla yanaşı Viber Facebook-dakı bütün reklam xərclərini dayandırır. Viber-in ardınca Verizon, Coca-Cola, Hershey Unilever (dünyanın ən böyük reklam şirkətlərindən biri) kimi böyük şirkətlər də Facebook, Instagram Twitter kimi platformalarda reklamların yerləşdirilməsini dayandırıblar. Unilever öz növbəsində qeyd edib ki, bu il üçün Facebook-dakı reklam xərclərini tamamilə dayandırır. Coca-Cola isə bildirib ki, minimum 30 gün müddətinə Facebook-dakı reklam xərclərini dayandıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər