main-post-cover

    Mac kompüterləri üçün Whatsapp-ın yeni versiyası hazırlanır

    Sosial Media
    13.07.2022
    Farid Pardashunas
        Meta şirkəti Mac kompüterləri üçün Whatsapp messencerinin yeni versiyası üzərində çalışır. Bu barədə WABetaInfo saytı xəbər verib. Məlumatda qeyd edilib ki, messencerin hazırlanan yeni versiyası macOS tərzində dizayna sahib olacaq və Apple şirkətinin M1, M1 Pro, M1 Max, M1 Ultra M2 prosessorlarının dəstəklərini əldə edəcək. Adları sadalanmış prosessorların dəstəklərinin əldə edilməsi hesabına messencer daha sürətli şəkildə çalışacaq və daha az enerji sərfiyyatı reallaşdıracaq. Qeyd etmək lazımdır ki, hal hazırda Mac kompüterləri üçün aktual olan Whatsapp tətbiqi Intel prosessorları üzrə optimizasiya edilib M seriyasına daxil olan prosessorlara sahib Mac kompüterlərində yalnız Rosetta 2 tətbiqi vasitəsilə çalışır. Məlumata əsasən Meta şirkəti Mac üçün yeni Whatsapp versiyasını artıq test etməyə başlayıb və o, yaxın zamanda istifadəyə verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər