Jeff Bezos öz sərvətini 15 dəqiqə ərzində 13.2 milyard dollar yüksəldib

Jeff Bezos öz sərvətini 15 dəqiqə ərzində 13.2 milyard dollar yüksəldib

Sosial Media
31.01.2020 PAYLAŞIM

    Amazon şirkətinin yaradıcısı Jeff Bezos 15 dəqiqəyə öz sərvətini 13.2 milyard dollar yüksəldib. Bu barədə Bloomberg saytı xəbər verib. Bu, 30 yanvar tarixində Amazon şirkətinin səhmlərinin qiymətlərinin 12% yüksəlməsi səbəbilə baş verib. Şirkətin səhmlərinin qiymətlərinin yüksəlməsi isə Amazon-un uğurlu rüb göstəriciləri ilə əlaqəlidir. Nəticədə həmin göstəricilər analitiklərin ilkin proqnozlarını geridə qoyublar.

    Beləliklə şirkət 87.4 milyard dollar gəlir əldə etidyini bəyan edib. Jeff Bezos-un sərvəti bu halda 129.5 milyard dollara yüksəlib. Qeyd etmək lazımdır ki, o, Amazon-un 12%-nə sahibdir. Eyni vəziyyət həmçinin Elon Musk-la da baş verib. Belə ki, Tesla şirkətinin uğurlu rüb göstəriciləri analitiklərin gözləntilərindən çox yüksək oldu. Nəticədə Tesla şirkətinin səhmlərinin qiymətləri yüksəldi və Elon Musk-ın sərvəti 2 milyard dollar artdı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..


Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün..

Hal hazırda Whatsapp messencerə son daxil olma zamanının, istifadəçi fotosunun və istifadəçi barəsin..


Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Telegram-ın yeni versiyası istifadəçilərə bəzi faydalı funksiyaları təqdim edib.


Instagram istifadəçilərdən doğum tarixlərinin mütləq şəkildə qeyd edilməsini təl..

Instagram istifadəçiləri öz doğum tarixlərinin mütləq şəkildə qeyd olunması üzrə xüsusi bildiriş əld..

×