İstifadəçiləri Whatsapp-dakı qrup audio və videozənglərinə linklər vasitəsilə dəvət etmək mümkün olacaq

İstifadəçiləri Whatsapp-dakı qrup audio və videozənglərinə linklər vasitəsilə dəvət etmək mümkün olacaq

Sosial Media
27.09.2022 PAYLAŞIM

    Whatsapp üçün Call Links adlı yeni funksiya anons olunub. Sözügedən funksiya istifadəçiləri linklər vasitəsilə Whatsapp-dakı qrup audio və videozənglərinə dəvət etmək imkanını verəcək. Buna bənzər funksiya artıq Zoom Google Meet tətbiqlərində mövcuddur. Anons olunmuş bu yeni funksiya hələ ki, hamı üçün aktiv deyil. Lakin ondan istifadə imkanı artıq bu həftə mümkün olmalıdır. Beləliklə Whatsapp istifadəçisi xüsusi yaradılmış linki öz dostlarına və ya ailə üzvlərinə göndərə biləcək. Linki qəbul etmiş şəxslər isə onun vasitəsilə messencer daxilindəki qrup audio və videozənginə qoşulmaq imkanına sahib olacaqlar.


    Bunun üçün sadəcə olaraq əldə edilmiş linkə keçid etmək kifayət edəcək. Linki yaratmaq üçün istifadəçi zənglər bölməsinə daxil olaraq “Create Call Link” düyməsinə klikləməli olacaq. Qeyd etmək lazımdır ki, bu imkandan faydalanmaq üçün istifadəçi Whatsapp-ın ən son versiyasına sahib olmalıdır. Yaradılmış link digərlərini həm audio həm də videozəngə yönləndirə bilər. Cihazlarında Whatsapp messencerinin olmadığı istifadəçilərin bu cür linklər vasitəsilə messencer daxilində audio və ya videozənglərə qoşula bilib-bilməyəcəkləri barəsində bir məlumat yoxdur. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter Blue yenidən təxirə salınıb: Səbəb Apple ilə bağlıdır

Aylıq ödənişli Twitter Blue abunəliyi hələ də istifadəyə verilməyib və onun istifadəyə verilməsi növ..


Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları mütəmadi şəkildə messencerə yeni funksiyalar əlavə edirlər.


Telegram unikal virtual mobil nömrələr satacaq

1 ay bundan öncə Telegram kriptovalyuta qarşılığında istifadəçi hesabları üçün nəzərdə tutulmuş ləqə..


Elon Musk: '2024-cü ilə kimi Twitter-in aylıq istifadəçi kütləsi 1 milyard insan..

Bir neçə müddət bundan öncə Twitter-in yeni sahibi olmuş Elon Musk-ın proqnozlarına əsasən sosial şə..


Twitter-in App Store və Google Play-dən silinməsi halında Elon Musk alternativ s..

Twitter-in yeni sahibi olan Elon Musk növbəti maraqlı bəyanatı ilə diqqətləri öz üzərinə çəkib...

×