main-post-cover

    İstifadəçilər App Store-da 2019-cu il üzrə ümumilikdə nə qədər vəsait xərcləyiblər?

    Sosial Media
    16.06.2020
    Emil Nəcəfov
        Apple şirkəti bildirib ki, istifadəçilər 2019-cu ildə App Store-da ümumilikdə 519 milyard dollar vəsait xərcləyiblər. Bu məlumatlar Analysis Group adlı konsaltinq şirkətinin müstəqil tədqiqatı nəticəsində əldə olunublar. App Store platformasının 2008-ci ildə istifadəyə verilməsindən bu günə kimi tərtibatçlar tətbiqlər və onların daxilində reallaşdırılmış alış-veriş sistemləri sayəsində ümumilikdə 155 milyard dollar gəlir əldə ediblər. Bu gəlirin 1/4 hissəsi məhz 2019-cu ilin payına düşüb. Gəlirin böyük bir hissəsi olan 413 milyard dollar 2019-cu ildə fiziki məhsullar ilə xidmətlərin payına düşüb.
    - 268 milyard dollar - pərakəndə satış tətbiqləri (Target, Best BuyEtsy)
    - 57 milyard dollar - səyahət üçün olan tətbiqlər (Expedia United)
    - 40 milyard dollar - nəqliyyat servisləri (Uber Lyft)
    - 31 milyard dollar - yemək çatdırılması tətbiqləri (DoorDash Grubhub).
        Gəlirin ikinci böyük hissəsi (61 milyard dollar) 2019-cu ildə rəqəmsal məhsullar və xidmətlər kateqoriyasını əhatə edib. Bu kateqoriya özündə musiqi və video servislərini, kitabları, fotoredaktorları, idman və tanışlıq servislərini birləşdirir. Tətbiqlərin daxilinə inteqrasiya edilmiş reklamlardan və alış-veriş sistemlərindən Apple şirkəti 45 milyard dollar gəlir əldə edib. Bunun 20 milyard dolları mobil oyunların payına düşüb. Apple həmçinin qeyd edib ki, App Store platformasında 2 milyona yaxın tətbiq mövcuddur və sözügedən platformaya həf həftə 175 ölkədən ümumilikdə yarım milyard insan daxil olur.
    Linki kopyala