main-post-cover

    İran Telegram-ı bloklamağı və onu başqa messencer ilə əvəz etməyi planlaşdırır

    Sosial Media
    01.04.2018
    Emil Nəcəfov
        İran hökuməti bu ilin Aprel ayının sonuna kimi məşhur Telegram messencerini ölkədə bloklamağı planlaşdırır. Bu barədə İranın Mehr adlı agentliyi xəbər verib. İranın Milli Təhlükəsizlik Komissiyasının rəhbəri Alaeddin Boroujerdi-nin sözlərinə əsasən İran hökuməti messencerin ölkədəki etirazların təşkilatçılığında böyük rol oynadığı üçün Telegram-ı bloklamağı planlaşdırır. Telegram-ın yerini isə 20 Aprel tarixindən istifadəyə veriləcək Soroush adlı yerli messencer tuta bilər.
        Qeyd etmək lazımdır ki, keçən ilin Dekabr ayında İran hökuməti Telegram-a və Instagram-a girişi məhdudlaşdırmışdı. Telegram-ın yaradıcısı Pavel Durov-un sözlərinıə görə messencer həmin vaxtda ona görə məhdudlaşdırıldı ki, şirkət dinc etirazçıların messencerdəki kanallarını bağlamaqdan imtina etmişdi. Bu ilin Yanvar ayında isə messenceri blokdan çıxartmışdılar. Məlumata əsasən həmin vaxtda messencerin məhdudlaşdırılması ucbatından yüzlərlə şirkət zərər çəkmiş, 100.000 insan isə işsiz qalmışdır.
    Linki kopyala