main-post-cover

    İnstagramdakı ''Son Görünmə vaxtı'' necə deaktiv edilir?!

    Sosial Media
    05.04.2018
    Orxan Oguz
    Facebook-un daxilində yer alan İnstagram ötən aylarda istifadəyə verdiyi yeniləmə ilə sevgililərin arasında münaqişələrə səbəb olmuşdu. İnstagramın İOS yeniləməsi ilə Direkt hissəsinə eynilə WhatsApp-da olduğu kimi son görünmə funksiyası əlavə olunmuşdu. Amma narazılıqların baş qaldıracağını bilən İnstagram bu funksiyanı deaktiv etmək üçün də imkan yaratdı. Bəs yaxşı, görəsən İnstagram-da son görünmə özəlliyi necə deaktiv edilir?
    1-ci addım: İnstagram tətbiqini açın 
    2-ci addım: Sağ alt hissədə yerləşən profil seçiminə keçid edin
    3-cü addım: Profil səhifəsində sağ üstdə yerləşən ''...'' simvoluna klikləyin
    4-cü addım: Azərbaycan türkcəsi olmadığına görə Türkiyə türkcəsindəki ''Hareket Durumunu Göster'' seçimini bağlayın.

    Linki kopyala