main-post-cover

    Instagram Stories-ə yeni funksiyalar gəlib

    Sosial Media
    17.01.2018
    Farid Pardashunas
    Instagram-a gəlmiş yeni özəlliklərdən biri də yeni Stories tərzi paylaşımlardır.

    Bu barədə Wabetainfo saytı xəbər verib. Artıq bəzi istifadəçilər Type adlı qovluğu əldə ediblər. Bu qovluq sayəsində Stories paylaşımına müxtəlif tərz mətnləri əlavə etmək mümkündür. Belə ki, bunun üçün çoxlu sayda şrift və formatlar var. Beləliklə bundan sonra mətnlərlə işləmək üçün smartfona kənar tətbiqləri yükləməyə ehtiyac yoxdur. Digər bir yeni funksiya isə istifadəçinin Stories paylaşımının screenshot yaradılışı bildirişidir.

    Yəni əgər kimsə digər bir şəxsin Stories paylaşımını screenshot etsə, həmin istifadəçi bu barədə bildiriş əldə edəcək. Çox güman ki, bu, təkrar Stories kontentinin və ya ikinci istifadəçi tərəfindən olan Stories paylaşımın arzuolunmaz yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Sosial şəbəkə bir dəfə screnshoot edən zaman ikinci şəxsə bildiriş göndərmir. Bildiriş yalnız ikinci screenshotdan sonra göndərilir. Birinci screenshot zamanı isə ekranda bu cür bildiriş əks olunur: “Gələn dəfə Stories paylaşımının screenshotunu etdiyinizdə, Stories-i paylaşmış şəxs bu barədə məlumatlandırılacaq”.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər