main-post-cover

    Instagram'ın iOS versiyası üçün də Dark Mode rejimi təqdim olundu

    Sosial Media
    08.10.2019
    Emil Nəcəfov
        Android-in ardınca Instagram tərtibatçıları iOS əməliyyat sistemi üçün də öz tətbiqlərinin Dark Mode rejimini təqdim ediblər. Android-də olduğu kimi iOS-də də Instagram servisi qatı qara rəng interfeysini əldə edib və bu cür rəng OLED ekranlı iPhone modelləri üçün çox yaxşı yarayır. Bu barədə 9to5mac saytı xəbər verib. Dark Mode rejimini istifadəçi özü aktivləşdirə bilməz. Həmin rejim smartfonun sistem səviyyəsində Dark Mode rejiminə keçid etməsi halında avtomatik olaraq aktivləşdirilir. Buna görə də sözügedən rejim yalnız iOS 13 əməliyyat sistemində çalışacaq. Dark Mode rejiminə sahib Instagram-ı artıq App Store-dan yükləmək mümkündür.
    Linki kopyala