Instagram"da foto və video arxivinin yüklənməsi rəsmi olaraq mümkün oldu
Sosial Media
25.04.2018
Farid Pardashunas
Instagram öz sözünə əməl edərək istifadəçilərə fotoservisdən
bütün özəl məlumatları yükkləmək imkanını verdi. Bu barədə Techcrunch saytı xəbər
verib. Bundan sonra bunu etmək üçün kənar tətbiqlər və ya servislərdən istifadə
etməyə ehtiyac qalmayacaq. Instagram tətbiqinə kontentin köçürülməsi funksiyası
bir qədər sonra əlavə olunacaq. Lakin bunu artıq fotoservisin saytında etmək
mümkündür. Sadəcə olaraq bu linkə daxil olaraq Instagram hesabınızla keçid edib
öz mail ünvanınızı qeyd etməlisiniz. Məlumatlarınızın yüklənmə linki məhz mail
ünvanınıza göndəriləcək.
Sorğunun təsdiqlənməsi üçün servis sizdən təkrar
olaraq şifrənin qeyd olunmasını tələb edəcək. Məlumatların kopyalarının
yaradılması isə 2 gün çəkəcək. Yüklənəcək fayllar arasında istifadəçi məlumatları,
bütün foto və videolar, Stories arxivi (keçən ilin Dekabr ayından sonra paylaşılmış),
Direct mesajları (öz-özünə silinənlər istisna olmaqla), kontaktlar siyahısı,
abunəçilərin və istifadəçinin özünün abunə olduğu insanların adları yer alacaq.
Qeyd etmək lazımdır ki, Facebook-a arxiv məlumatların yüklənməsi funksiyası hələ
2010-cu ildə əlavə olunmuşdu. Instagram istifadəçiləri isə uzun müddət bu cür
funksiyanın fotoservisə əlavə olunmasını tələb edirdilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)