main-post-cover

    Instagram'a yeni funskiya gəlir: 'Focus'

    10.03.2018
    Nijat Hamid
        Ən böyük sosial media platformalarından biri olan Instagram yeni funksiyalar ilə öz istifadəçilərini sevindirməyə davam edir. Belə ki, Boomerang, Live, Super Zoom kimi yeniliklər ilə bir xeyli maraqlı olan Instagram'ın yeni funksiyası "Focus" ortaya çıxdı.
     2017 və 2018 model telefonlarda olan Portret modu İnstagrama gəlir: "Focus"    
        Bu funksiyanın əsası keçən il çıxan bir çox telefon modelində tətbiq edilən kamera xüsusiyyətlərinə əsaslanır. Bir çox istifadəçi bu xüsusiyyəti sevsə də, yüksək məbləğlər verib yeni telefon almaq istəmirdi. Bu səbəbdən Instagram bizlərin köməyinə çatdı. Bu funksiyanı belə izah etmək olar ki, telefonla şəkil çəkən zaman kamera bir nöqtəyə fokuslanır və həmin nöqtənin ətrafını "Blur" və ya "Bulanıq" edir
        Şəkildə gördüyümüz kimi, bu funksiya Instagram'ın "Stories" (Hekayələr) çəkiliş ekranında olacaq. Bu funksiya hələ ki, bütün istifadəçilər üçün açıq deyil və görünüşə görə hələ bir çox optimizasiyaya ehtiyacı var.
    Stories'lərdə arxa fonu bulanıq şəkillər görməyə hazırlaşsaq yaxşı olar, nə də olsa SuperZoom funksiyası kimi tez bir zamanda viral olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər