main-post-cover

    Instagram'a iki yeni funksiya gəlir

    Sosial Media
    09.07.2019
    Emil Nəcəfov
        Instagram Restrict adlı yeni funksiyanı anons edib. Bu funksiya sayəsində hansısa istifadəçi digər bir istifadəçini məhdudlaşdıra biləcək. Bununla belə məhdudlaşdırılmış şəxs bundan xəbər tutmayacaq. Bu barədə Vc.ru saytı xəbər verib. İstifadəçilər qeyd edirlər ki, hansısa şəxsin Instagram-da blok olunması və ya onu abunəçilər siyahısından çıxarılması, vəziyyəti daha da qəlizləşdirə bilər. Əsasən də həmin şəxs ilə real həyatda qarşılıqlı əlaqədə olunursa vəziyyət daha da mənfi xarakter alır.

        Buna görə də məşhur fotoservisə Restrict funksiyası əlavə olunacaq. Bu funksiya sayəsində məhdudlaşdırıcı siyahıya daxil edilmiş şəxsin şərhlərini Instagram hesabına sahib olan şəxsdən başqa heç kim görməyəcək. Bununla yanaşı bu cür siyahıda olan şəxs öz mesajlarının oxunulduğunu da bilməyəcək. Yeni funksiyanın testinə yaxın zamanda start veriləcək.

        Fotoservis daha bir funksiyanı anons edib. Həmin fuksiya istifadəçini bu və ya digər şərhin uyğun olub-olmama səviyyəsini şərhin yerləşdirilməsindən öncə xəbərdar edəcək. Bu funksiya süni zəka texnologiyası əsasında çalışır. Məlumatda qeyd edilib ki, bu funksiyanın testi zamanı istifadəçilər təhqir xarakterli şərhlərin yazılmasından imtina ediblər. Bu funksiya artıq bəzi Instagram istifadəçiləri üçün aktivdir.
    Linki kopyala