main-post-cover

    'Influencer Day Baku'da ən yaxşı influenserlər kimlər oldu?

    02.10.2017
    Farid Pardashunas
        Hər kəsin səbirsizliklə gözlədiyi Influencer Day Baku tədbiri 30 sentyabr tarixində baş tutdu. Tədbir haqqında məlumatlar, şəkillər sürətlə bütün sosial mediaya yayıldı. 300 nəfərin qatıldığı İnfluencer Day Baku ilk dəfə keçirilməsinə rəğmən çox uğurlu oldu və hər kəsdə uzun müddət yaddaşlardan silinməyəcək iz, maraqlı təəssüratlar qoydu. Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı,həm də yeni bisnes əlaqələri yaratmaq üçün əla vasitə oldu.
        Emin Vəli, Sosial Era marketinqi haqqında, Vaqif Abbasov, Keepface Influencer marketinqi haqqında, Elşad Yusifli isə Influenser və data analizi haqqında maraqlı çıxışlar etdi, daha sonra qonaqları maraqlandıran sualları cavablandırdılar.
    İrəliləyən dəqiqələrdə isə panel müzakirəsi başladı. Moderator Khazar Ventures-in həmtəsisçisi Məmməd Kərim, panel iştirakçıları isə TradeMark Leo Burnett Azerbaijan-ın direktoru Abbas Fətullayev, Cavan.az layihəsinin marketinq direktoru Mehriban Həsənova, Azər Türk bankın strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla M Yaşar, aktyor və ssenarist Erkin Ergin, Offside səhifəsinin admini Ruslan Mirzəliyev idi. Panel iştirakçıları, influenser marketinq haqqında təcrübələrini, Keepface influenser platforması haqqında təəssüratlarını bölüşdülər.
        Nəhayət hamının gözlədiyi influenserlərin mükafatlandırılması anı gəlib çatdı.İlk öncə onu qeyd edək ki, Keepface heyəti, mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, influenserlik fəaliyyətində yeni olan şəxslərə üstünlük verdi.

    Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov
    Dəb sahəsində maraqlı faydalı bloq postlar hazırlayan  - Şəbnəm Mahmudlu
    Makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva
    Faydalı videolarına həvəslə sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev
    Cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən  - Həmid Həmidli
    Elmi-İntelektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə
    Dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, Zirvələri sözün əsl mənasında fəth edən Baba Ağayev
    Mütəmadi bloq yazıları ilə maarifləndirici tövsiyələr verən - İlham Əli Yusif
    İştahımızı artıran paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı
    Həftə sonlarını xüsusi menuları ilə dadlandıran - Aygün İsmayılzadə  
    Öyrədici videolar hazırlayan və Azərbaycan dilində kontent inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva
        Mükafatlandırma mərasimindən sonra qonaqlar Dreamland Baku Golf Villas & Residences-də yerləşən Subis Sun Beynəlxalq məktəbi ilə tanış oldular. Orada yerləşən qolf mərkəzinə gedərək təlimçilərin köməyi ilə ilk qolf təcrübələrini yaşadılar. Dreamland-də yerləşən villalara da ekskursiya etdilər. Tədbir həzin caz sədaları altında şam yeməyi və netvörkinq ilə sona çatdı.
        Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru  Dreamland Baku Golf Villas & Residences, rəsmi telekom tərəfdaş isə Bakcell şirkətidir. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir. Photo Artillery qonaqların maraqlı şəkillərini çəkib elə oradaca təqdim etdi. Həmçinin Gravity inc öz komandası ilə bütün tədbiri işıqlandırdı.
     
     
     
    Linki kopyala