main-post-cover

    Google şirkəti Youtube videoservisini online mağazaya çevirəcək

    Sosial Media
    10.10.2020
    Emil Nəcəfov
        Youtube-da olan reklamlar artıq heç kimdə təəccüb yaratmır. Lakin görünür, yaxın zamanda videoservisdəki reklamlar yeni mərhələyə keçid edəcəklər. Belə ki, internetdə ortaya çıxmış yeni məlumata əsasən Youtube-da xüsusi formatlı videoların testinə start verilib. Məlumatda qeyd edilib ki, həmin videolarda təqdim olunacaq məhsulları istifadəçilər kənar internet mağazaların iştirakı olmadan birbaşa videoservis vasitəsilə ala biləcəklər. Bu barədə Bloomberg saytı xəbər verib.
        Bloomberg-in verdiyi məlumata əsasən videoservis kontent müəlliflərinə videolardakı məhsulların qeyd olunması üçün xüsusi proqram təminatlarından istifadəni məsləhət görüb. Həmin məlumatlar Google Analytics alətləri ilə birləşik olacaqlar və istifadəçilər video izləyən zaman təqdim edilmiş məhsulu almaq üçün hansısa düyməyə və ya bannerə klikləməli olacaqlar. Bununla yanaşı şirkət videoservisə Shopify inteqrasiyasını reallaşdırmağa başlayıb. Youtube təmsilçilər qeyd ediblər ki, bu funksiya hal hazırda yalnız az sayda Youtube kanalında istifadəyə verilib. 
    Linki kopyala