Google şirkəti YouTube Music servisini istifadəyə verməyə hazırlaşır
Sosial Media
17.05.2018
Farid Pardashunas
YouTube özünün musiqi servisini
istifadəyə verməyi qərarlaşdırıb. O, Apple Music və Spotify servislərinə bənzəyəcək.
YouTube Music servisi 22 May tarixindən istifadəyə veriləcək. Həmin servisin
istifadəçiləri ondan pulsuz istifadə edə biləcəklər. Lakin bu halda onlar reklamlar
ilə barışmalı olacaqlar. Reklamları aradan qaldırmaq, fon rejimində musiqilərə
qulaq asmaq və istənilən musiqini yükləmək imkanını əldə etmək üçün YouTube
Music servisi Premium abunəlik təklif edəcək.
Premium abunəliyin aylıq haqqı isə
9.99$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu bazarda
lider olmaq cəhdlərini edib. Buna misal olaraq Google Play Music və YouTube Red
servislərini gətirmək olar. Şirkət ümid edir ki, YouTube Music sadalanmış digər
servislərdən daha uğurlu olacaq. YouTube Music 22 May tarixindən etibarən ABŞ, Avstraliya, Yeni Zelandiya, Meksika və Cənubi Koreyada istifadəyə veriləcək. Daha sonra isə servis əlavə 14 ölkədə də aktiv ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ