Google şirkəti Keen adlı yeni sosial şəbəkəni istifadəyə verdi: Yeni servisin özəllikləri nələrdir? (VİDEO)

Google şirkəti Keen adlı yeni sosial şəbəkəni istifadəyə verdi: Yeni servisin özəllikləri nələrdir? (VİDEO)

Sosial Media
19.06.2020 PAYLAŞIM

    Google Plus sosial şəbəkəsinin bağlanmasından 2 il sonra Google şirkəti Keen adlı digər bir iddialı layihənin istifadəyə verildiyini elan etdi. Bu barədə AndroidCentral saytı xəbər verib. İstifadəçiləri online maraqlar üzrə birləşdirməyi hədəfləmiş bu yeni servis mövzu kartları sisteminə əsaslanır. Mövzu kartlarının seçilməsi isə süni zəka alqoritminə həvalə edilib. Area 120 adlı startap inkubatorunda hazırlanmış bu sosial şəbəkənin interfeysi lövhələr (Keens) sisteminə əsaslanır.

    İstifadəçi həmin lövhələrə müəyyən mövzu üzrə məqalələri, fotoları və ya digər kontent növlərini birləşdirə bilər. Daha sonra istifadəçi bu məlumatları paylaşa və ya şəxsi baxış üçün saxlaya bilər. Servisin daxili alqoritmi machine learning texnologiyasından istifadə edərək üstünlüklər əsasında istifadəçilərə məlumatlar kolleksiyasının əlavə olunması üzrə yeni elementlər təklif edəcək. Google istifadəçi hesabı vasitəsilə sözügedən servisdə qeydiyyatdan keçəndən sonra istifadəçi sadəcə olaraq onu maraqlandıran kateqoriyanı seçməli olacaq.


    Bundan sonra servis seçilmiş kateqoriya üzrə avtomatik şəkildə kontent təklifləri göndərəcək. Siyahıya müxtəlif növ kontentlər daxil olacaqlar. Mətn materiallar və fotolardan tutmuş Youtube videoları və online mağazalarda olan məhsullara kimi. Keen servisinin bütün özəllikləri ilə tanış olmaq üçün onun Android versiyalı tətbiqini yükləmək və ya servisin veb versiyasına daxil olmaq lazımdır. Servisin iOS versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..


Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..


Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..


Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×