main-post-cover

    Google Meet videokonfrans servisindən hamı tam pulsuz şəkildə istifadə edə bilər

    Sosial Media
    30.04.2020
    Farid Pardashunas
        Google şirkəti videokonfranslar üçün nəzərdə tutulmuş Google Meet servisini hamı üçün aktivləşdirib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, indiyənə kimi Google Meet servisi müəssisələr, təşkilatlar və təhsil ocaqları üçün G Suit, G Suit for Education paketlərinin daxilində təqdim olunurdu. İndi isə hər kəs sözügedən servisdən tam pulsuz şəkildə istifadə edə bilər. Google Meet-dən istifadə etmək üçün Gmail elektron poçtunda istifadəçi hesabına sahib olmaq lazımdır. Gmail vasitəsilə Google Meet-də qeydiyyatdan keçəndən sonra istifadəçi üçün aşağıdakı funksiyalar aktiv olacaqlar:
    - 60 dəqiqə ərzində videokonfrans keçirtmə
    - Videokonfransda eyni zamanda 100 nəfərin iştirakı
    - Real zaman ərzində redaktə
    - İstifadəçinin istəyinə uyğun olaraq pəncərə maketləri.
        Bundan əlavə olaraq Google şirkəti istifadəçilərin məlumatlarını qorumağı və onları üçüncü tərəflərə ötürməməyi söz verir. Google Meet hələ ki, hamı üçün aktiv edilməyib. Lakin şirkət yaxın zamanda istifadəçi kütləsini genişləndirməyi planlaşdırır. Bu link vasitəsilə servisə abunə olub onun nə zaman sizin üçün pulsuz təqdim olunacağını öyrənə bilərsiniz. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər