main-post-cover

    Facebook Youtube'a rəqib olmağa hazırlaşır: Artıq istifadəçilər öz videolarından pul qazana biləcək

    Sosial Media
    22.04.2018
    Nijat Hamid
    Facebook-un digər platformalara rəqib olmaq istəyi uzun müddətdir ki, hərkəsə bilinir. Ən böyük istəyi isə Youtube video platformasının yerinə keçmək və sosial media olaraq insanların öz platformasına daha çox fokuslanmasıdır. Uzun müddət əvvəl Facebook istifadəçilərin videolarına reklam yerləşdirir və gəlir əldə etməsinə yardım edirdi. Amma həm reklam sayı az idi, həm hər bölgəyə tətbiq edilmirdi. İndi isə artıq işlər daha qızışacaq.
    Facebook artıq istifadəçilərin videolarına daha çox reklam yerləşdirəcək. Həç gəlir payı artacaq, həm yeni reklam tipləri ortaya qoyulacaq.    
    Amma bəzi şərtlər var. Bu şərtlərə uyğun olmayan videolara Facebook tərəfindən reklam yerləşdirilməyəcək.
    • Video özünüzə aid olmalıdı. Yəni öz istehsalınız. Məsələn: VLOG videoları, kiçik sinematik videolar, üzünüzün göründüyü izahlı videolar, oyun videoları(öz çəkdiyiniz) və s.
    • Videoların baxış sayı çox olmalıdı ki, alqoritma sizi izlənilən bir şəxs kimi qəbul etsin və Facebook reklamları sizin videolara yerləşdirilsin.
    • Videoda Facebook xarici başqa reklam olmamalıdı. Yəni hər hansı sponsorluq hesabına çəkilən videolara Reklam yerləşdirilməyəcək.
    • Eyni görüntülərin təkrarlandığı videolara Facebook reklam yerləşdirməyəcək.    
    Hələki test olaraq bəzi istifadəçilər üçün istifadəyə verilsə də, bir müddət sonra hərkəs yararlana biləcək. Qeyd etməliyik ki, reklam başına verilən payın miqdarı hər ölkəyə görə dəyişəcək. Və bu məbləğ hələ dəqiqləşməyib.
    Linki kopyala