main-post-cover

    Facebook şirkətinin daha bir qanun pozuntusu ortaya çıxdı

    Sosial Media
    20.12.2019
    Farid Pardashunas
        Facebook şirkəti daha öncədən də ABŞ hökuməti ilə bir sıra problemlər yaşayıb. Lakin buna baxmayaraq görünür, şirkət öz səhvlərini düzəltmək niyyətində deyil. Buna görə də ABŞ-ın iki senatoru Facebook-un daha bir mənfi cəhətini ortaya çıxardıblar. Bu barədə 4pda saytı xəbər verib. Amerikalı senatorların məktublarına cavab olaraq Facebook şirkəti hətta GPS-in deaktiv olunması halında da istifadəçilərin yerlərinin nəyə görə və hansı üsullarla təyin olunmasını açıqlayıb.
        Sosial şəbəkənin təmsilçiləri bildiriblər ki, istifadəçinin konkret olaraq harda yerləşdiyini öyrənmək üçün bir sıra özəlliklərdən istifadə olunur. Həmin özəlliklər sırasında istifadəçinin dostları tərəfindən həmin istifadəçinin hansısa fotolara işarələnməsi, IP ünvanın göstərilməsi ilə internetə qoşulma və həmçinin mağazalardakı alış-verişlər barəsində məlumatları əks etdirən paylaşımlar var. Qeyd etmək lazımdır ki, istifadəçinin yerinin təyin olunması öz növbəsində şirkətə bir neçə üstünlük verir.
        Yaxınlıqda olan mağazaları əhatə edən reklam elanlarının göstərilməsindən tutmuş istifadəçinin sosial şəbəkə hesabının hack olunmasından qorunmasına kimi. Sosial şəbəkə qeyd edib ki, o, gələn ilin əvvəlində Kaliforniyada qüvvəyə minəcək yeni konfidensiallıq qanununun yerinə yetirilməsinə hazırdır. Həmin qanuna əsasən şirkətlər istifadəçilərdən hansı məlumatları yığdıqları, onlara istifadəçilərin hansı məlumatlarının məlum olduqları və həmin məlumatların kimlərə təqdim edilməsi barəsində dəqiq informasiya verməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər