Facebook şirkəti Zoom servisinin rəqibi Messenger Rooms-u təqdim etdi
Sosial Media
25.04.2020
Farid Pardashunas
23 may tarixində Mark Zuckerberg öz Facebook hesabında canlı yayım keçirdərək Messenger Rooms adlı yeni tətbiqi anons etdi. Bu, çoxlu sayda istifadəçinin (50 nəfər) iştirakı ilə videokonfrans yaratmaq üçün nəzərdə tutulmuş servisdir. Messenger Rooms tətbiqi son zamanlarda çox məşhur olan Zoom servisinin rəqibi olmalıdır. Facebook-un yeni servisində videokonfransı həm Facebook həm də adi Messenger vasitəsilə yaratmaq olar.
Həmin servisdə olan videokonfransa həmçinin Facebook sosial şəbəkəsində istifadəçi hesabı olmayan şəxs də qoşula bilər. Lakin bunun üçün sosial şəbəkədə istifadəçi hesabı olmayan şəxsə dəvət linki göndərmək lazım gələcək. Videoçat zamanı istifadəçilərə filtrlər, maskalar və fon təsvirləri təqdim olunacaq. Messenger Rooms artıq bu həftənin sonuna kimi bəzi ölkələrdə aktiv olmalıdır. Digər regionların istifadəçiləri üçün servis daha sonra təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)