main-post-cover

    Facebook şirkəti özünün Dating adlı tanışlıq servisini ABŞ'da istifadəyə verdi

    Sosial Media
    06.09.2019
    Farid Pardashunas
        Facebook şirkəti öz sosial şəbəkəsinin daxilində olan Dating adlı tanışlıq servisini ABŞ-da istifadəyə verdi. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən servisdən 18 yaşına çatmış istənilən şəxs istifadə edə bilər. Dating-də qeydiyyatdan keçən zaman Facebook sadəcə olaraq istifadəçinin sosial şəbəkədəki adını və yaşını istifadə edir. Bu ilin sonuna kimi isə istifadəçilər həmin servisə Facebook və Instagram-dakı Stories paylaşımlarını inteqrasiya edə biləcəklər.
        Dating istifadəçiləri həmin servisdə öz dostlarını və istəyə uyğun olaraq dostlarının dostlarını görməyəcəklər. Bununla belə servisdə Secret Crush adlı funksiya var. Bu funksiya vasitəsilə istifadəçi Facebook-dakı dostuna və ya Instagram-dakı abunəçisinə ünsiyyət yaratmaqda maraqlı olduğunu bildirən anonim bildiriş göndərə bilər. Əgər ikinci şəxs də eyni bildirişi göndərsə, servis həmin insanların ünsiyyət yaratmalarına imkan verəcək. Dating servisində istifadəçilər özləri üçün partnyor axtarışı üzrə konkret axtarış kriteriyalarını təyin edə bilərlər. Məsələn partnyorun cinsi, yaşı, dini baxışı, ona qədər olan məsafə və s. üzrə axtarış kriteriyalarını təyin etmək mümkündür.
        Servisdə yalnız mətn formatlı mesajlar vasitəsilə ünsiyyət yaratmaq olar. Facebook-un verdiyi məlumata əsasən Dating servisində istifadəçilərə partnyorların təklif edilməsi sistemi həmin istifadəçilərin Facebook-dakı maraqları, nəyə üstünlük vermələri və davranışları əsasında çalışır. Şirkət servisin alqoritmlərinin necə çalışdığı barəsində tam məlumat verməyib. Qeyd etmək lazımdır ki, şirkət bu servisi hələ 2018-ci ildə anons etmişdi. ABŞ-dan başqa bu servis həmçinin Kolumiya, Meksika, Braziliya, Kanada, Tayland, Vytenam və digər ölkələrdə də çalışır. Şirkət söz verib ki, gələn ilin əvvəlində servisi Avropada da istifadəyə verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər