main-post-cover

    Facebook şirkəti öz servislərindəki istifadəçilərin məlumatlarını vahid platformada birləşdirəcək

    Sosial Media
    30.09.2020
    Emil Nəcəfov
        Facebook şirkəti istifadəçi hesabları mərkəzinin (Accounts Center) testinə startın verildiyini elan edib. Bu özəllik sayəsində istifadəçilər öz Facebook, Instagram Messenger məlumatlarını sinxronlaşdıra biləcəklər. Məsələn əgər hansısa istifadəçi Facebook-da adını və soyadını dəyişsə həmin proses avtomatik olaraq Instagram da reallaşdırılacaq. Bu barədə Rusbase saytı xəbər verib. Accounts Center özəlliyinin verdiyi üstünlüklər aşağıdakılardır:
    - Postların eyni anda Facebook və Instagram Stories-lərində paylaşılması
    - Single Sign On adlı daxil olma funksiyası. Bu funksiya bank kartlarının şifrələrini və məlumatlarını yaddaşda saxlayacaq və hər iki platformada alış-veriş etmək imkanını yaradacaq
    - Instagram və Facebook-dakı adlar ilə profil fotolarının sinxronlaşdırılması.
        Məlumatda qeyd edilib ki, itifadəçi özü öz istəyinə uyğun olaraq bu platformadakı funksiyaları ayarlayacaq.
    Linki kopyala