main-post-cover

    Facebook şirkəti öz servisləri üçün korporativ loqoları təqdim etdi

    Sosial Media
    05.11.2019
    Emil Nəcəfov
        Facebook şirkəti öz servislərinin məhz Facebook-a məxsusluğunu bildirmək və marketinq materiallarında istifadə üçün nəzərdə tutulmuş korporativ loqoları təqdim edib. Bununla belə sosial şəbəkənin loqosu dəyişilməz olaraq qalıb. Bu barədə Vc.ru saytı xəbər verib. Yaxın həftələrdə yeni loqolar Instagram, Whatsapp və Facebook-a məxsus olan digər servislərdə yerləşdiriləcəklər. Yerləşəcəyi servisdən asılı olaraq Facebook loqosu həmin servisin rəng tərzinə uyğun olacaq və onun tipoqrafikasından istifadə edəcək. Məsələn Instagram-da “from Facebook” loqosu servisə giriş hissəsində və ayarlar menyusunda yerləşəcək.
    Facebook Wordmark
    Linki kopyala