main-post-cover

    Facebook şirkəti Messenger Rooms funksiyasını Instagram-a da inteqrasiya etdi

    Sosial Media
    22.05.2020
    Emil Nəcəfov
        Facebook şirkəti məşhur Instagram fotoservisinə 50 nəfərin iştirakı ilə qrup videozənglərini əlavə etdi. Şirkət bunu Messenger Rooms funksiyasının Instagram-a inteqrasiyası vasitəsilə reallaşdırıb. Sözügedən yeni funksiyadan istifadə etmək üçün istifadəçilər Instagram və Messenger tətbiqlərini aktual versiyalara kimi yeniləməli olacaqlar. Daha sonra onlar Instagram-ın Direct bölməsinə daxil olmalı və ordakı kamera ikonuna klik etməklə qrup videozəngləri üçün otaq yaratmalıdırlar. Növbəti mərhələdə isə Instagram qrup videozənglərində iştirak üçün istifadəçilərin siyahısını təqdim edəcək. Həmin siyahıdan lazımi şəxsləri seçəndən sonra fotoservis seçilmiş şəxslərə bu barədə bildiriş göndərəcək.
    Linki kopyala