Facebook şirkəti Messenger-in macOS və Windows versiyalarını təqdim edib
Sosial Media
02.04.2020
Farid Pardashunas
Dünən Facebook şirkəti macOS və Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər üçün ayrıca Messenger tətbiqini təqdim etdi. Beləliklə Messenger-in desktop versiyasının istifadəçiləri smartfonlar üçün olan adi Messenger-də olduğu kimi öz dostlarına mətnli mesajlar yaza və videozənglər reallaşdıra bilərlər. Bundan əlavə olaraq macOS üçün olan Facebook Messenger həmçinin Dark Theme rejimini də dəstəkləyir. Messenger-in desktop versiyasını pulsuz şəkildə Mac App Store və Microsoft Store mağazalarından yükləmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)