main-post-cover

    Facebook şirkəti memlərin yaradılması üçün nəzərdə tutulmuş Whale adlı tətbiqi istifadəyə verib

    Sosial Media
    20.11.2019
    Farid Pardashunas
        Facebook şirkəti internet memlərin yaradılması üçün nəzərdə tutulmuş Whale adlı təcrübi tətbiqi istifadəyə verib. Tətbiq hələ keçən həftə istifadəyə verilsə də ona indi fikir veriblər. Bu barədə The Information saytI xəbər verib. Sözügedən tətbiq istifadəçiyə fərdi fotoların redaktə olunması və ya fotoların stock siyahılardan götürülməsi imkanını verir. Nəticə etibarilə istifadəçi tərəfindən yaradılmış memin Facebook-da və ya Instagram-da paylaşılması təklif olunur.
        Whale təttbiqini Facebook New Product Experimentation komandası hazırlayıb. Bu komanda ilin əvvəlində yaradılıb və Facebook üçün təcrübi tətbiqlərin yaradılması üzrə fəaliyyət göstərir. Whale hələ ki, Kanadadakı App Store-da təqdim edilib. Facebook öz yeni özəlliklərini və ya tətbiqlərini məhz Kanadada yoxlamağa başlayır. Məsələn Instagram-da like saylarının gizlədiməsi özəlliyi ilk öncə Kanadada istifadəyə verilmişdi. The Verge saytının sözlərinə əsasən Whale vasitəsilə Facebook şirkəti sürətlə artan cavan TikTok auditoriyasını özünə tərəf çəkmək istəyir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər