Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Sosial Media
08.04.2021 PAYLAŞIM

    Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta testini işə salıb. Sözügedən tətbiq suallar və cavablar servisi kimi təqdim olunur. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Hotline adlı tətbiq Instagram Live ilə Clubhouse-un qarışığıdır. Tətbiq mətn və ya audio formatında suallar verən auditoriya ilə ünsiyyət qurmaq imkanını verir. Bununla belə ünsiyyəti yaratmış istifadəçi səsli formatda ünsiyyət qurmaqla yanaşı videogörüntünü də aktivləşdirə bilər. Tətbiqdə ekran bir neçə hissəyə ayrılır. Aparıcı ilə olan panel ekranın yuxarı hissəsində və ya saytın sağ hissəsində yerləşir. Aşağı və ya sol hissədə aparıcıya qulaq asan istifadəçilər əks olunurlar.


    Test müddəti çərçivəsində sözügedən tətbiqə Twitter hesabı vasitəsilə daxil olmaq mümkündür. Daha sonra tətbiqdəki istifadəçi hesabını SMS vasitəsilə təsdiqləmək lazım gələcək. Bundan əlavə olaraq Hotline tətbiqində istifadəçilər iki hissəyə bölünəcəklər. Sualları vermək imkanına sahib istifadəçilər və yalnız dinləyici kimi iştirak edən istifadəçilər. Tətbiqdə həmçinin istifadəçilər tərəfindən verilmiş sualların siyahısı əks olunacaq. Digərləri isə hər hansı bir sualın lehinə və ya əleyhinə səs verə bilərlər. Aparıcı suallara cavab verməklə yanaşı onları vermiş istifadəçiləri canlı yayıma qoşa bilər. Aparıcı həmçinin sualları və dinləyiciləri silə də bilər. Ünsiyyət prosesinin bitməsindən sonra isə aparıcı yayımın yazısını ya audio ya da video formatda əldə edə biləcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..


Clubhouse-un Android versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub..

Məşhur Clubhouse sosial şəbəkəsinin həmtəsisçisi Paul Davison bildirib ki, tətbiqin Android versiyas..


Donald Trump öz sosial şəbəkəsini istifadəyə verməyi planlaşdırır

ABŞ-ın keçmiş prezidenti Donald Trump özünün sosial şəbəkə plaftormasını yaratmaq qərarına gəlib...

×