main-post-cover

    Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

    Sosial Media
    11.02.2021
    Emil Nəcəfov
        Facebook şirkəti son günlər çox məşhurlaşmış Clubhouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistemini yaratmağı planlaşdırır. Məlumata əsasən Facebook tərəfindən hazırlanan audioçat sistemi hələ ilkin hazırlanma mərhələsindədir. Bu barədə The New York Times xəbər verib. Məlumatda qeyd edilib ki, Mark Zuckerberg uzun müddətdir ki, səsli ünsiyyətin müxtəlif növlərini nəzərdən keçirdir.
        Qeyd etmək lazımdır ki, Mark Zuckerberg 4 fevral tarixində Clubhouse-da Zuck23 ləqəbi ilə qeydiyyatdan keçmişdi. Həmin günün axşamı isə o, Clubhouse-da keçirilmiş The Good Time Show adlı şouda iştirak etmişdi. Beləliklə Facebook rəhbərliyi öz tərtibatçılarına Clubhouse-un analoqunu yaratmaq əmrini verib. Mark Zuckerberg və Elon Musk kimi məşhur şəxslərin bu yeni sosial şəbəkədən istifadə etmələri öz növbəsində Clubhouse-un anidən çox məşhurlaşmasına səbəb olub. Bu sosial şəbəkə hələ 2020-ci ilin yaz fəslində ortaya çıxmışdı.
    Linki kopyala