Facebook şirkəti Braziliyada Whatsapp daxili pul köçürmələri funksiyasını işə salıb

Facebook şirkəti Braziliyada Whatsapp daxili pul köçürmələri funksiyasını işə salıb

Sosial Media
16.06.2020 PAYLAŞIM

    Facebook şirkəti Braziliyadakı Whatsapp istifadəçilərinə Facebook Pay vasitəsilə Whatsapp daxilində pul vəsaitlərinin göndərilməsi və qəbul edilməsi imkanını yaradıb. Bundan əlavə olaraq istifadəçlər Whatsapp-dakı çat vasitəsilə yerli biznesin təqdim etdyi xidmətlərini də ödəyə bilərlər. Bu halda istifadəçi vəsait köçürülməsini 6 rəqəmli xüsusi PIN şifrə və ya barmaq izi skanı ilə təsdiqləyə bilər. Bu barədə Vc.ru saytı xəbər verib.

    Adi istifadəçilər üçün sözügedən funksiya pulsuzdur. Lakin şirkətlərdən hər istifadəçidən edilmiş ödənişə görə komissiya çıxılacaq. Komissiyanın nə qədər təşkil edəcəyi barəsində Facebook bir məlumat verməyib. Hal hazırda Whatsapp Visa MasterCard ödəniş servisləri əsasında çalışan Banco do Brasil, Nubank Sicredi kimi bankların debet və kredit kartlarını dəstəkləyir.


    Şirkət həmçinin Braziliyada aparıcı ödəniş sistemi olan Cielo ilə də əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Whatsapp daxilində ödəniş sistemini 2018-ci ilin fevral ayından başlayaraq bəzi istifadəçilər üzərində test edir. Lakin nizamlayıcı orqanlarla bağlı çətinliklər səbəbilə şirkət hələ də Facebook Pay sisteminin işə salınmasını rəsmi şəkildə elan etməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..


Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..


Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..


Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×